- Baxış sayı: 69
- 25 Mart 2026 12:10
- Baxış sayı: 58
- Aprel 03, 2026
- 0

Azərbaycan idman akademiyasında İstanbul Aydın universitetinin idman elmləri fakültəsinin dekan müavini, dosent Dr. Fateh Sərdar Şənduran tərəfindən “İdmanda və hərbdə texnologiyalar” mövzusunda təlim keçirilib.
Allsport.az xəbər verir ki, təlimdə idman elmlərində sürətlə inkişaf edən texnologiyalar, xüsusilə geyilə bilən texnoloji cihazların idmançıların performansının ölçülməsi, inkişafının izlənilməsi və fiziki keyfiyyətlərinin artırılmasında tətbiqi məsələləri müzakirə olunub. Həmin texnologiyaların hərbi bədən tərbiyəsi sahəsində tətbiqi imkanları, fiziki hazırlığın monitorinqi, məşq prosesinin səmərəli təşkili və hərbi qulluqçuların fiziki göstəricilərinin təhlili üzrə müasir yanaşmalar təqdim edilib.
Dörd gün davam edən təlimin yekununda akademiyanın tədris işləri üzrə prorektoru Ülkər Babayeva çıxış edərək təqdim olunan texnologiyaların idman və hərbi tədris prosesində tətbiqinin vacibliyini qeyd edib.
Sonda iştirakçılara sertifikatlar verilib.