İsveç mətbuatı “Qarabağ”ın hücumçusundan yazıb

İsveç mətbuatı millinin baş məşqçisi Erik Hamrenə Avropa çempionatından əvvəl ölkə xaricində oynayan futbolçuların vəziyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb. Allsport.az saytının məlumatına görə, uzun siyahı tərtib edən isveçli jurnalist Andreas Sundberq 29 futbolçunu bura daxil edib. Maraqlısı bundadır ki, həmkarımızın siyahısının əvvəlində Samuel Armenteros da var. İndi hücumçu haqda yazılanlara nəzər salaq:

“Samuel Armenteros – sonuncu matçını dekabrın 19-da “Qəbələ” ilə 1:1 başa çatan oyunda keçirib. Armenteros həmin matçda start heyətində çıxıb və sona 3 dəqiqə qalmış əvəzlənib. Həmin oyunda qol vurmayıb və onun sonuncu qolu oktyabrın 17-də qeydə alınıb (“Zirə” ilə matçda dubl edib – red.). “Qarabağ” 8 xal fərqlə liderdir. Komandasının növbəti oyunu yanvarın 30-dadır”.

Həmin kateqoriyadan