- Baxış sayı: 13
- 10 Mart 2026 12:12
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

“Yurqorden” klubu İsveç allsvenskanının 21-ci turunda evdə “Deqerfors”u 4:1 üstələyib. Allsport.az saytı xəbər verir ki, bu görüşdə Musa Qurbanlı möhtəşəm çıxış edib. Millimizin hücumçusu startda olub və 89-cu dəqiqədə əvəzlənib.
O, elə 2-ci dəqiqədə Qustav Vikheymə məhsul ötürmə edib. 23-cü və 34-cü dəqiqələrdə isə özü fərqlənib. Futbolçumuz het-trik etməyə yaxın olub. Amma 58-ci dəqiqədə penaltidə dəqiq olmayıb.
Stokholm klubu yarış cədvəlində 37 xalla 4-cüdür.