- Baxış sayı: 95
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Avro-2024-ün seçmə mərhələsində IX tura yekun vurulub.
Allsport.az xəbər verir ki, daha 3 qrupda ümumilikdə 7 oyun keçirilib.
“B” qrupunda Niderland evdə İrlandiyanı məğlub etdiyi üçün final mərhələsinə yüksəlib. Fransa isə Cəbəllütariqi 14 cavabsız qolla darmadağın edib.
“D” qrupundakı matçlardan sonra ikinci vəsiqənin sahibinə sonuncu turda aydınlıq gələcək.
“I” qrupunda isə Rumıniya İsraili məğlub edib, beləliklə, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyada keçiriləcək qitə birinciliyinə vəsiqə qazanıb.
Qeyd edək ki, Fransa və Türkiyə final mərhələsinə vəsiqəni öncədən təmin ediblər.