İtaliya klubunda yeni sözləşmə

“Milan” və 16 yaşlı hücumçu Françesko Kamarda müqavilənin müddətini uzadacaq.

Allsport.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, yaxın vaxtlarda futbolçu və klub nümayəndələri müqavilə imzalamaq üçün görüşəcəklər.

Milanlıların hücumçu ilə hazırkı sözləşməsi yaya qədərdir. 2023-cü ilin noyabrında Kamarda “A” seriyasının tarixində ən gənc debütant olub – 15 yaş 260 gün.

Həmin kateqoriyadan