İtaliya mətbuatı: “Atletiko” avroliqa üçün “Qarabağ”ın məğlubiyyətini gözləməlidir

İtaliya mətbuatında “Qarabağ”ın çempionlar liqasında mübarizə apardığı “C” qrupu barədə yazı dərc olunub. Allsport.az saytı xəbər verir ki, həmkarlarımız 3-cü pillədə qərarlaşan “Atletiko” və qrupun sonuncusu olan “köhlən atlılar”ın imkanlarını dəyərləndiriblər. Apasport.az-ın məlumatına görə, məqalədə bu kollektivlər arasında Avropa liqasına getmək uğrunda mübarizəyə yer verilib:

“Atletiko” yeni stadionunda keçirdiyi hər 2 oyunda qələbə qazana bilməyib. Madrid təmsilçisi “Vanda Metropolitano”da “Çelsi”yə məğlub olub. Bura “Atletiko”nun “Qarabağ”la, 2 il əvvələ qədər Avropada tanınmayan komanda ilə heç-heçə oynamasını da əlavə etmək lazımdır. Halbuki, “Atletiko” 2016-cı ildə çempionlar liqasında birinci olmaq üçün “Real”la mübarizə aparırdı. İndi isə komanda Avropa liqasına getməyə daha yaxındır.

Amma bunun üçün öz meydanında “Roma”ya qalib gəlməlidi. Eyni zamanda, “Çelsi” ilə qarşılaşacaq “Qarabağ”ın məğlubiyyətini gözləməlidir. “Qarabağ” son oyunlarda xal qazana bilməyəcək. Ancaq heç vaxt “heç vaxt” deməyək”.

Qeyd edək ki, qrupda 5-ci turun oyunları noyabrın 22-də keçiriləcək.

Həmin kateqoriyadan