- Baxış sayı: 95
- 20 Mart 2026 23:43
- Baxış sayı: 137
- Mart 19, 2026
- 0

İtaliya futbol federasiyası (FİGC) Roberto Mançininin millinin baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 58 yaşlı mütəxəssis istefa ərizəsini ötən gecə təqdim edib.
O, 2018-ci ilin mayından İtaliya millisinə rəhbərlik edirdi və “azzurra”nı 2020-ci ildə Avropa çempionatında qələbəyə daşıyıb. İtaliyalılar 2 dəfə Millətlər liqasının bürünc medallarını da qazanıblar.
Onun komandası Qətər-2022 dünya çempionatının final mərhələsinə yüksələ bilməyib. FİGC yaxın bir neçə gün ərzində komandanın yeni baş məşqçisinin adını açıqlayacaq.