- Baxış sayı: 37
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0

İtaliya millisi millətlər liqasının 4-cü turunun matçında İsraili qəbul edib və 4:1 hesablı qələbə qazanıb.
Allsport.az xəbər verir ki, 73-cü dəqiqədə meydana daxil olan Daniel Maldini millinin heyətində debüt edib.
İtaliya millisi tarixində ilk dəfə bir ailənin üç nəslinin təmsilçisi onun heyətində çıxış edib. Danielin atası Paolo Maldini 1988-ci ildə “Skuadra adzurra”da debüt edib və komandanın heyətində 126 oyuna çıxıb. Danielin babası Çezare Maldini 1960-cı ildə debüt edib, həm də sonradan komandanın baş məşqçisi olub. O, 2016-cı ildə 84 yaşında vəfat edib.
Danielin valideynləri oğlunun stadionda debütü izləyib.