İtaliya saytları yenə “Qarabağ”ın lehinə yazdı

İtaliyanın bir sıra idman saytlarında Ağdamın “Qarabağ” futbol klubunun yaranma tarixindən, qazandığı uğurlardan və üzləşdiyi çətinliklərdən bəhs edən məqalələr yerləşdirilib. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, yazıda 2 dəfə Azərbaycan çempionu olan “Qarabağ” digər futbol klublarına bənzəmədiyi qeyd olunur:

“Bu klub uzun illərdir oyunlarını doğma meydançalardan kənarda, Dağlıq Qarabağ münaqişəsi zamanı qanlı toqquşmaların baş verdiyi Ağdam şəhərindən uzaqda keçirir. 1993-cü ilədək “Qarabağ”ın oyunlarının keçirildiyi Ağdamdakı “İmarət” stadionu ermənilər tərəfindən dağıdılıb. Komanda bu doğma məkanda son oyununu 1993-cü il mayın 12-də keçirib”.

Xəbərdə o da vurğulanır ki, artıq dünyada ruhlar şəhəri kimi tanınan Ağdam uğrunda gedən döyüşlərdə xeyli sayda azərbaycanlı həyatını itirib: “Ağdam döyüşü bir aya yaxın davam etdi və 1993-cü il iyulun 23-də şəhər ermənilər tərəfindən işğal olundu”.

Müəllif yazır ki, 21 ildən sonra Qarabağ yenidən Azərbaycan çempionu oldu. Bu komandanın oyunçuları arasında həmin münaqişədən zərər çəkənlər də var. Klubun keçmiş üzvü, futbolçu Allahverdi Bağırov bu münaqişədə şəhid olan Azərbaycan idmançılarından biridir.

Həmin kateqoriyadan