- Baxış sayı: 22
- 29 Mart 2026 14:51
- Baxış sayı: 27
- Mart 29, 2026
- 0

Allsport.az xəbər verir ki, “Yuventus”un rəhbərliyi superliqadan çəkilmək üçün hüquqi prosesə başlayıb.
“”Real Madrid” və “Barselona” ilə müzakirələrdən sonra və lahiyəyə şamil edilən razılaşmaların təfsiri ilə bağlı bəzi fikir ayrılıqlarını nəzərə alaraq, İtaliya klubu turnirdən çəkilmə prosesinə başladıqlarını təsdiqləyir” – klubun mətbuat xidməti bildirib.
Mayın sonunda İtaliya futbol federasiyasının (İFF) federal apellyasiya məhkəməsi maliyyə fırıldaqlarına görə “Yuventus”u ötən mövsüm ölkə çempionatında 10 xaldan məhrum edib.
19 aprel 2021-ci il İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi” və “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” və “Real”, İtaliyanın “Milan”, ” “İnter” və “Yuventus” superliqanın yaradıldığını elan ediblər.
Azarkeşlərin kəskin etirazından, beynəlxalq futbol federasiyası və UEFA-nın sanksiya hədəsindən sonra liqada yalnız “Real”, “Barselona” və “Yuventus” qalıb.