- Baxış sayı: 27
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
2-ci Bundesliqanın 14-cü turunda evdə “Aue”ni qəbul edən “Karlsrue” klubu, millisinin futbolçusu Dmitri Nəzərovun 74-cü dəqiqədə vurduğu yeganə qolla qalib gəlib. Allsport.az saytı xəbər verir ki, hücumçumuz Almaniya mətbuatına açıqlamasında bu matça şərh verib:
««Fyurt» və «Aue» ilə oyunlarda yaxşı oynadım. 3 xal qazanmağı çox istəyirdik. Sevinirəm ki, yekunda buna nail olduq. Penalti epizoduna gəlincə, qol vurmaq üçün yaxşı imkanım vardı. Bundan maksimum yararlandım.
Ümumiyyətlə, risk etməyi sevirəm. Hər zaman xüsusi nəsə etməklə irəli getmək istəyirəm. Azərbaycan millisinin futbolçusuyam. İtaliya və Xorvatiya kimi dünya səviyyəli komandalara qarşı oynamışam. Həmin matçlardan çox şey öyrənə bilərsən. Belə oyunlarda təcrübə qazanmaq çox önəmlidir».
Qeyd edək ki, «ay-ulduzlu» futbolçumuzun komandası 14 turdan sonra 23 xalla yarış cədvəlində 6-cı yerdədir.