- Baxış sayı: 17
- 25 Noyabr 2024 15:12
- Baxış sayı: 17
- Noyabr 25, 2024
- 0
İtaliya yığmasının AÇ-2016-nın seçmə mərhələsinin son iki turu üçün heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, sözügedən komanda oktyabrın 10-da Bakıda Azərbaycan yığmasının qonağı olacaqsa, 13-də də Norveçlə qarşılaşacaq.
Baş məşqçi Antonio Konte bu iki oyuna 27 futbolçu dəvət edib. Həmin siyahını təqdim edirik:
Qapıçılar: Canluici Buffon (“Yuventus”), Daniele Padelli (“Torino”), Salvatore Siriqu (PSJ, Fransa);
Müdafiəçilər: Davide Astori (“Fiorentina”), Andrea Barzaqli, Leonardo Bonuççi, Corco Kyellini (hamısı “Yuventus”), Matteo Darmian (“Mançester Yunayted”, İngiltərə), Mattia de Siqlio (“Milan”), Alessandro Florensi (“Roma”), Andrea Ranokkya, Davide Santon (hər ikisi “İnter”);
Yarımmüdafiəçilər: Andrea Bertolaççi, Rikardo Montolivo (hər ikisi “Milan”), Marko Parolo (“Latsio”), Andrea Pirlo (“Nyu-York Siti”, ABŞ), Roberto Soriano (“Sampdoriya”), Marko Verratti (PSJ, Fransa);
Hücumçular: Domeniko Berardi (“Sassuolo”), Antonio Kandreva (“Latsio”), Eder (“Sampdoriya”), Stefan Əl-Şaaravi (“Monako”, Fransa), Sebastyan Covinko, Fabio Kvalyarella (hər ikisi “Torino”), Lorenso İnsinye (“Napoli”), Qrasiano Pelle (“Sauthempton”, İngiltərə), Simone Zaza (“Yuventus”).
Qeyd edək ki, Azərbaycan – İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək.