- Baxış sayı: 41
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 41
- Dekabr 05, 2025
- 0

“Atletiko Madrid”in və İspaniya millisinin hücumçusu Alvaro Morata Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun matçında İtaliya üzərində qələbədən (1:0) sonra PSJ-nin qapıçısı və “Azzurra”nın heyətində Canluici Donnarummanı tərifləyib.
Allsport.az xəbər verir ki, bu barədə o, “Skysport İtaliya”ya açıqlama verib:
“Qaçırılan imkanlarla bağlı peşmanlıq yoxdur. Qələbə qazanmaq vacib idi və biz çox şadıq, çünki İtaliyada dünyanın ən yaxşı qapıçılarından biri oynayır. Biz hücumda bir neçə səhv etdik, lakin o, üç-dörd dünya səviyyəli seyvlər də etdi. Mən həqiqətən Ruiz vuranda topa çatacağını düşünmürdüm, amma o, etdi”.