İtaliyalı nazir İlham Əliyevə Bakını ilk dəfə Formula-1 sayəsində gördüyünü deyib

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Formula-1 Azərbaycan qran-prisindən bəhs edilib. Allsport.az saytı xəbər verir ki, o, ölkəmizdə ilk dəfə səfərdə olduğunu və paytaxt Bakını 1-ci dəfə mükafat yarışı sayəsində gördüyünü qeyd edib:

“Bildiyiniz kimi, ilk dəfədir ölkənizdə səfərdəyəm. Ölkəniz möhtəşəmdir. Mən əsrarəngiz Bakı şəhərini yalnız Formula-1 qran-prisi sayəsində görmüşdüm. Şəhər çox gözəldir, biz buraya avtomobillə gələndə gördük. Özəlliklə, hazırkı vaxtda regionunuzda lidersiniz və bu münasibətlə
Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik”.

Azərbaycan artıq 6-cı ildir nüfuzlu beynəlxalq idman yarışında, dünyanın
qabaqcıl ölkələri ilə bir arada təmsil olunur. Növbəti Formula-1 Azərbaycan mükafat yarışı cari ilin 10-12 iyununda baş tutacaq.

Həmin kateqoriyadan