İtaliyanın mundial həsrəti: 12 il əvvəl dünya necə idi?
2 aprel 2026 / 19:37 Baxış sayı: 41 İtaliya yığma komandası 2026-cı il dünya çempionatının pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya məğlub olaraq (1:1, penaltilər – 1:4) ardıcıl üçüncü dəfə mundialdan kənarda qaldı. “Squadra Adzurri”nin sonuncu dəfə dünya çempionatında (DÇ-2014) çıxış etdiyi vaxtdan bəri futbol dünyasında və qlobal müstəvidə baş verən dəyişikliklər insanı heyrətə gətirir.
Allsport.az həmin dövrdən bu yana nələrin dəyişdiyini təqdim edir:
- VAR texnologiyası: Futbolda videotəkrar sistemi (VAR) hələ istifadə olunmurdu. Hakimlərin qərarları müzakirəsiz qalırdı.
- Gənclər və əfsanələr: Hazırda “Barselona”nın ulduzu olan Lamin Yamalın cəmi 7 yaşı var idi. “Milan”ın qapıçısı Canluici Donnarumma isə 15 yaşlı bir yeniyetmə idi.
- Əfsanəvi Canluici Buffon: O vaxt Buffon hələ də yaşıl meydanlarda idi və karyerasını bitirmək planları yox idi.
- Messi və Ronaldu: Futbolun iki nəhəngi – Lionel Messi 27, Kriştianu Ronaldu isə 29 yaşındaydı və karyeralarının zirvəsində idilər.
- “Real Madrid”in hegemonluğu: Madrid klubunun muzeyində cəmi 10 çempionlar liqası kuboku var idi, hazırda isə bu rəqəm artıq 15-dir.
- Siyasət: ABŞ-də prezident kürsüsündə hələ Barak Obama əyləşirdi.
Cəmi 12 il keçməsinə baxmayaraq, İtaliya millisi üçün bu müddət sanki bütöv bir eranı əhatə edib. Dünya çempionatının dördqat qalibi üçün bu silsilə uğursuzluq ölkə futbolunun ən böyük böhranı kimi qiymətləndirilir.