İtaliyanlar niyə irqçi olur?

İtaliya millisinin və “Yuventus”un hücumçusu Moise Kin İtaliya futbolunda baş verən irqçiliklərdən danışıb.

Allsport.az xəbər verir ki, ötən aylarda “İnter”in  hücumçusu Romelu Lukakunu matçın sonunda penalti zərbəsi zamanı azarkeşlər meymun səsi çıxardaraq, onu təqlid ediblər. Polis Lukakunu təhqir edən azarkeşləri müəyyənləşdirə bilib – 171 nəfərin futbol matçlarına gəlməsi qadağan edilib.

Kin özü də 2019-cu ilin aprelində “Kalyari” ilə səfər matçında irqçi təhqirlərlə üzləşmişdi.

“Mən İtaliyada anadan olmuşam və məktəbdən bilirəm ki, qaradərili insan üçün bu ölkədə yaşamağın nə qədər çətin olduğunu bilirəm. Mən irqçiliyin qurbanı olmağın nə olduğunu bilirəm. Mənim başıma çox şey gəldi və ümid edirəm ki, hər şey dəyişəcək”- hücumçu bildirib.

Həmin kateqoriyadan