- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilərin Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”dən sonra meydan qızlara verilib. Komandamız yarışın 3-cü günü 1 gümüş medalla kifayətlənib.
49 kq-da mübarizə aparan Jalə Əliyeva ilk görüşdə komanda yoldaşı Alina Zokoyevanı üstələyib. Sonra Türkiyə, Rusiya və Ukraynadan olan rəqibləri məyus edib. Finalda güləşçimiz almaniyalı Emiliya Haase ilə qarşılaşıb.
Bu tutaşma dramatik keçib. Rəqib üstün başlasa da, sonradan Jalə durumu xeyrinə dəyişib. O, görüşün sonunadək hesabda irəlidə olsada, son saniyələrdə Emiliya tarazlıq yaradıb – 16:16. Hakimlərin yekun qərarı onun xeyrinə olub.