- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Arzu edirik ki, “Ferrari” komandası bu il Bakıda keçiriləcək formula-1 Azərbaycan qran-prisində qalib gəlsin”. Allsport.az saytı xəbər verir ki, bu sözləri İdman və Kolleksiya Assosiasiyasının prezidenti Jan-Pyer Durü Azərtac-a müsahibəsində deyib. Onun sözünə görə, bu ilki Retromobil Salonunda əsasən 1950-ci və 1960-cı illərin “Ferrari”, “Jaguar”, “Aston Martin”, “Maserati”, “Lamborghini”, “Porsche”, “Austin Healey”, eləcə də digər lüks idman avtomobilləri nümayiş etdirilir. Burada formula-1 yarışlarında iştirak etmiş köhnə model avtomobillər sərgilənir.
“Formula-1 yarışları bütün dünyada sevilir. Bu il Bakıda Formula-1 Avropa Qran–prisi keçiriləcək. Biz televiziya vasitəsilə bu yarışları maraqla izləyirik. Ümidvaram ki, növbəti illərdə Bakıya gedib Formula-1 yarışlarını canlı izləyəcəyik. Bu yarışı yüksək səviyyədə təşkil etdiyi üçün Bakını alqışlayırıq”, – deyə Jan-Pyer Durü vurğulayıb.
42-ci Retromobil Salonunun digər iştirakçısı Paskal Robi “Ferrari”nin Formula-1 retro avtomobillərini nümayiş etdirdiklərini qeyd edib. P.Robi ona məxsus 1993-cü ildə istehsal olunan “Ferrari F93A” markalı avtomobilin fransalı pilot Jan Alezi tərəfindən idarə edildiyini bildirib. Qeyd edib ki, bu avtomobil Monako Qran-prisində ikinci və Monzada keçirilən yarışlarda isə üçüncü yeri tutub. O, cari ildə Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisində “Ferrari”nin uğurla təmsil olunacağına əminliyini bildirib.
Parisdə kolleksiya avtomobillərinin sərgisi və satışı üzrə 42-ci Retromobil Salonu Port dö Versalda yerləşən Expo parkında açılıb. Builki sərgidə dünyanın müxtəlif ölkələrindən 115 mindən çox ziyarətçi gözlənilir. Təxminən 60 min kvadratmetr sahədə üç pavilyonda 550 iştirakçı 500 kolleksiya avtomobilini nümayiş etdirir. Sərgidə, həmçinin 100-dən çox klub iştirak edir. Bu sərgidə sərgilənən ən köhnə avtomobil 1900-cü ildə istehsal olunub.