- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 502
- Mart 30, 2026
- 0

Türkiyədə təlim-məşqdə olan “Sumqayıt” qonşu ölkədə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, saat 13:00-da günün ilk məşqini keçirən komanda əsasən fiziki göstəricilərin artırılması üzərində çalışıb. Hazırlığın sonlarında isə topla müxtəlif hərəkətlər edilib. Komandanın axşam məşqi isə saat 19:00-da start götürüb.
Sabah “kimyaçılar” qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək. Komandamız Qazaxıstan təmsilçisi “Jetisu” ilə qarşılaşacaq. Antalyanın “Sun Zeynəb” mehmanxanasının stadionunda keçiriləcək matç yerli vaxtla saat 19:30-da start götürəcək.