Jiru: “37 yaşım var, amma motivasiyam gənc oğlandakı kimidir”

“Milan”ın hücumçusu Olivye Jiru çempionlar liqasının yarımfinal mərhələsində “İnter”lə ilk matçından öncə fikirlərini bildirib:

“Bir derbi həmişə xüsusi bir matçdır. Mən “Milan” komandası ilə çox qürur duyuram, ümid edirik ki, sabah möhtəşəm bir oyun göstərə biləcəyik. Biz bilirik ki, böyük uğur qazanmağa qadirik. Mən həmişə müsbət əhval-ruhiyyədə qalmağa və komanda yoldaşlarımı ruhlandırmağa çalışıram.

Bu gün həmişəkindən daha çox həvəsliyəm. ÇL-də 2-ci dəfə qalib gəlmək mənim üçün böyük fürsətdir: 37 yaşım var, amma motivasiyam gənc oğlandakı kimidir” – deyə Jiru bildirib.

Həmin kateqoriyadan