- Baxış sayı: 30
- 17 Oktyabr 2024 23:55
- Baxış sayı: 77
- Oktyabr 17, 2024
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində doğma meydanda “Keşlə” ilə cavab matçına çıxacaq “Kəpəz” bu gün Gəncəyə yollanıb.
Allsport.az saytı xəbər verir ki, komanda qarşıdakı matça hazırlığın əsas hissəsini Bakıda keçirib. “Sarı-göylər”in oyun öncəsi son məşqi qarşılaşmaya ev sahibliyi edəcək şəhər stadionunda olub.
Gəncə klubu kubok görüşünə itkilərlə çıxacaq. Kərim Diniyev və Viktor Oseqeyl zədəli olduqlarından komandaya kömək etməyəcəklər.
Qeyd edək ki, “Kəpəz” – “Keşlə” oyunu sabah – dekabrın 14-də keçiriləcək və saat 13:00-da başlayacaq.