- Baxış sayı: 133
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 133
- Dekabr 05, 2025
- 0

Allsport.az saytı xəbər verir ki, Gəncə təmsilçisi mövsümdə ilk xallarını premyer liqanın 7-ci turunda “Şamaxı” üzərində 2:1 hesablı əzmkar qələbə ilə qazanıb. Tərlan Əhmədovun komandasının bununla da 8 oyundan ibarət yenilgi zolağını qırılıb.
Cari çempionatda 6 matçda uduzan “sarı-göylər”, son 2 görüşdə də xalsız qalıb. Klub son xalını 2018-ci il mayın 4-də “Sumqayıt”la görüşdə əldə edib – 1:1.
Bununla da “Kəpəz” tarixinin ən uzun məğlubiyyət seriyasının bir addımlığında dayanıb. 2012/13 mövsümündə komanda ardıcıl 9 qarşılaşmadan xalsız ayrılıb.
Gəncəlilər qələbəsizliyə də son qoyub. Sonuncu dəfə 2018-ci il martın 3-də öz meydanında “Səbail”i 2:1 hesabı ilə üstələyən qərblilər, 16 matçlıq həsrətə 1660 gün sonra son qoyub. Bu müddətdə 4 heç-heçə və 12 məğlubiyyət qeydə alınıb