- Baxış sayı: 93
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Topaz Premyer Liqasının 12-ci turunda keçirilən AzAL – “Kəpəz” (1:1) oyunundan sonra Gəncə klubunun üzvləri istirahətə buraxılıb. Allsport.az xəbər verir ki, milli komandaların oyunları ilə bağlı çempionatda fasilə yarandığından komandaya 3 günlük istirahət verilib.
“Sarı göylər” məşqləri noyabrın 11-də bərpa edəcək. Fasilə müddətində “Kəpəz” yoxlama oyunu da keçirəcək. Sözügedən komanda AzAL-la qarşılaşacaq. Razılaşmaya əsasən, yoxlama matçı noyabrın 14-də “AzAL Arena”da baş tutacaq və saat 15:00-da start götürəcək.