- Baxış sayı: 20
- 06 Fevral 2026 15:54
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Kəpəz”in növbəti ev oyununu keçirəcəyi stadion bəlli olub.
Allsport.az xəbər verir ki, Gəncə klubu XXVIII turun “Qarabağ”la matçını Tofiq Bəhramov adına respublika stadionunda keçirəcək.
Öz stadionunda əsaslı təmir və yenidənqurma işləri aparılan “Kəpəz”in müraciəti və “Qarabağ”ın razılığı ilə gerçəkləşib. Qərblilər XXVIII turun ev matçını rəqibinin meydanında keçirəcək.
Qeyd edək ki, matç martın 29-da baş tutacaq.