- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

Azərbaycan kubokunun 1/4 finalının cavab oyununda Gəncədə “Keşlə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı matçın hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, Bakıda keçirilən ilk görüşdən sonra komanda üzvləri istirahət etmədən dünən məşqə çıxıblar.
“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib. Komandanın bugünkü məşqi isə Bakı olimpiya stadionunun yardımçı meydançasında olacaq.
“Kəpəz” oyun öncəsi son çalışmasını Gəncədə görüşün reallaşacağı şəhər stadionunda keçirəcək. Məşq dekabrın 13-ü saat 15:30-a təyin olunub.