- Baxış sayı: 30
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0
Premyer liqanın 21-ci turunda Gəncədə AzAL-la qəbul edəcək “Kəpəz” klubu bu gün məşqləri bərpa edəcək. Allsport.az saytı xəbər verir ki, qarşıdakı oyun üçün hazırlığa Bakıda start verəcək “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edəcək.
Komandanın hazırlığı saat 15:00-a təyin olunub. Sabahkı məşq isə saat 11:00-da başlayacaq. “Kəpəz” martın 4-də Gəncəyə gələcək və oyun öncəsi son çalışmasına matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq.