- Baxış sayı: 23
- 27 Noyabr 2024 17:16
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 16-cı turunda Gəncə şəhər stadionunda “Keşlə” ilə görüşəcək “Kəpəz” qarşıdakı matçın hazırlığını yekunlaşdırıb. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” son məşqini matçın keçiriləcəyi idman qurğusunda keçirib.
Hazırlıq yüngül xarakter daşıyıb. Futbolçular 50 dəqiqə ərzində məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirib. “Kəpəz”in heyətində itki yoxdur. Cəza müddətini başa vuran Dedimar Fereyra sıraya dönüb.