- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Kəpəz” Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, komandamız Ərzurumda olduğu 10 gün ərzində gündə iki dəfə məşq edib. Futbolçular fiziki, texniki və taktiki çalışmalar üzərində işləyib.
Hazırlıq dövründə “sarı-göylər” 3 yoxlama oyunu keçiriblər. Gəncə klubu Türkiyənin 1-cil liqa təmsilçiləri ilə qarşılaşıb. “Kəpəz” ilk oyunda “Samsunspor” (1:2), sonra “Ankaragücü” (0:2), son yoxlama matçında isə “Elazığspor” (0:0) ilə görüşüb.
Bizimkilər 3 ildir ki, mövsüm öncəsi yay təlim-məşq toplanışını Ərzurumda keçirir. Hazırda komanda üzvlərinə 3 günlük istirahət verilib. “Sarı-göylər” çalışmaları iyulun 29-da başlayacaq. Heyət Bakıda bir araya gələcək. İlk məşq saat 18:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionuna təyin olunub.