- Baxış sayı: 54
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Kəpəz” seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir. Allsport.az xəbər verir ki, komanda gündə bir dəfə olmaqla səhər saat 10:00-da Gəncə şəhər stadionunda hazırlığa çıxır.
Komanda yoxlama oyununda da qüvvəsini sınayacaq. “Kəpəz” iki yoxlama görüşü keçirəcək. İlk matçda rəqib Qəbələnin həvəskarlardan ibarət eyniadlı komandası olacaq. Bu qarşılaşma iyunun 25-də baş tutacaq. İyunun 26-da isə “sarı-göylər” “Turan Tovuz”la üz-üzə gələcək.
Hər iki oyun Gəncə şəhər stadionunda keçiriləcək. Görüşlər saat 18:00-da başlayacaq.