- Baxış sayı: 122
- 08 May 2026 23:17
- Baxış sayı: 132
- May 08, 2026
- 0

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali çempionlar liqasının 1/8 finalında “Barselona” ilə matçda (2:7) ciddi zədə alıb.
Allsport.az xəbər verir ki, bud nahiyəsindən zədələnən 25 yaşlı futbolçu 55-ci dəqiqədə meydanı tərk etməli olub.
Baş məşqçi Eddi Hau italiyalı oyunçunun vəziyyətinin qeyri-müəyyən olduğunu bildirib. Bu zədə DÇ-2026-nın pley-off mərhələsində şimali İrlandiya ilə qarşılaşacaq İtaliya millisi üçün də böyük itki hesab olunur. Tonali cari mövsümdə “sağsağanlar”ın heyətində 47 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.