- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Topaz Premyer Liqasının qış fasiləsi öncəsi son oyununda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” istirahət etmədən 18-ci turun hazırlığına start verəcək. Allsport.az xəbər verir ki, dünən “Xəzər Lənkəran”la matçdan sonra Yevlaxa gələn komanda bu gün qaldığı bazanın meydançasında məşqə çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.
Qeyd edək ki,“Kəpəz” – “Neftçi” oyunu dekabrın 20-də Gəncə şəhər stadionunda keçiriləcək.