- Baxış sayı: 26
- 30 Mart 2026 15:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Premyer liqanın 19-cu turunda doğma meydanda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” dünən məşqə çıxıb. Allsport.az saytı xəbər verir ki, Gəncə şəhər stadionunda hazırlıq mətbuat və azarkeşlər üçün açıq olub.
“Sarı-göylər”in heyətində zədəli futbolçu yoxdur. Tədricən bərpa olunan Dieqo Souzanın vəziyyəti yaxşıdır. Braziliyalı həftənin əvvəlindən başlayaraq kollektiv məşqlərdə iştirak edib.