- Baxış sayı: 13
- 25 Noyabr 2024 11:20
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Kəpəz” Peşəkar Futbol Klubunda daha bir təyinat rəsmiləşib. Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis Məhəmməd Məmmədov uşaq futbolunun rəhbəri təyin olunub.
30 ildir ki, bu sahədə çalışan Məmmədov həm də klubda 11 yaşlılardan ibarət komandanın baş məşqçisidir. Ölkə futboluna Azər Məmmədov kimi futbolçu bəxş etmiş mütəxəssisin əsas işi Nizami yurdunun təmsilçisində 9 yaş qrupu üzrə komandalara nəzarət etmək və ümumilikdə uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.
1980-85-ci illərdə qapıçı kimi Gəncə klubunun şərəfini qorumuş Məhəmməd Məmmədov karyerasını bitirdikdən sonra məşqçilik etməklə yanaşı, hakimliyə də başlayıb. O, 2001-ci ildə Azərbaycan kubokunun finalını və milli çempionatda ilk “Qızıl oyun”u idarə edib. 2006-ci ildən isə Məmmədov hakim-inspektor qismində Premyer Liqa və kubok oyunlarına təyinat alır.