- Baxış sayı: 19
- 08 Dekabr 2025 18:56
- Baxış sayı: 162
- Dekabr 08, 2025
- 0
“Kəpəz” çempionatda yaranan fasilə müddətində Məhəmməd Qurbanovu baxışdan keçirib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Şahin Diniyevin etimadını doğruldan futbolçu ilə razılıq əldə olunub.
Hücumçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb. 25 yaşlı oyunçu Gəncə klubunda 24 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, əvvəllər “Sumqayıt” və “Neftçi”də də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının da şərəfini qoruyub. O, əsas millidə də oynayıb.