- Baxış sayı: 19
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 9-cu turunda keçirilən “Kəpəz” – “Neftçi” oyununda məzəli hadisə baş verib. Allsport.az saytı xəbər verir ki, 41-ci dəqiqədə matçın yeganə qolunu vuran qonaqların kapitanı Ruslan Abışov, bunu ad gününü qeyd edən klubun tərcüməçisi Vüqar Əliyevə həsr edib.
Millinin müdafiəçisi fərqləndikdən sonra, sevincini ehtiyat skamyasında yer alan gənc dilçi ilə bölüşüb. Bu zaman Gəncə şəhər stadionunun yeniləşmiş yaşıl zəmisinə küçə iti daxil olub. Məzəli hadisə “ağ-qaralar”ın ehtiyatda oturan legionçularının diqqətindən yayınmayıb və onlar bunu təbəssümlə qarşılayıblar.
Bu məqam ya təsadüf, ya da ustalıqla PFL-in foto-müxbirinin obyektivinə düşüb.