- Baxış sayı: 24
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsində “İnter” ilə qarşılaşacaq “Kəpəz” klubu qarşıdakı oyunun çalışmalarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda matça Bakıda hazırlaşır.
“Sarı-göylər” “Dalğa arena”nın süni örtüklü meydançasında məşq edir. Kubok görüşü bu cür meydançada keçiriləcəyindən komanda məhz belə örtükdə hazırlıq keçməyə üstünlük verib.
“Kəpəz” paytaxt təmsilçisi ilə qarşılaşma öncəsi son məşqinə dekabrın 12-də oyunun keçiriləcəyi “İnter arena”da çıxacaq.