- Baxış sayı: 95
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Noyabrın 14-də yoxlama oyunu çərçivəsində AzAL-la qarşılaşan “Kəpəz” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Allsport.az xəbər verir ki, komanda Topaz Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır.
“Sarı-göylər”in ötən gün baş tutan məşqi “Dalğa Arena”da reallaşıb. Hazırlıq planına əsasən, “Kəpəz” noyabrın 17, 18 və 19-da məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Ağdam klubu ilə oyun öncəsi sonuncu hazırlıq prosesi isə matçın keçiriləcəyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq.