- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 14-cü turunda dekabrın 11-də “Kəpəz” Gəncə şəhər stadionunda “Rəvan”ı qəbul edəcək. Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi qarşdakı matçın hazırlığına dünəndən başlayıb.
Bakı klubu ilə oyuna az vaxt qaldığından “Sumqayıt”la matçdan sonra futbolçulara istirahət verməyən məşqçilər korpusu komandanı məşqə çıxarıb. Hazırlıq prosesi dəniz kənarında keçib. Futbolçular fiziki hazırlıq üzərində çalışıblar.
Məşq planına əsasən, “sarı-göylər”in bu günə olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında keçiriləcək. Dekabrın 10-da “Kəpəz” Gəncəyə gələcək. Komanda oyun öncəsi son məşqə matçın keçiriləcəyi arenada çxacaq.