“Kəpəz” “Şəmkir”lə heç-heçə etdi

AÇ-2016-nın seçmə mərhələsinin oyunları səbəbindən Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Kəpəz”in əvəzedici komandası yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Azər Məmmədovun yetirmələri səfərdə birinci divizionun təmsilçisi “Şəmkir”lə qarşılaşıb.

Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun 2:2 hesablı bərabərliklə nəticələnib. “Şəmkir”in heyətində hər iki qolu Ülvi Cəlilov vurub. 19 yaşlı futbolçu matçda ilk və sonuncu qola imza atıb.

Həmin kateqoriyadan