- Baxış sayı: 39
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0
“Kəpəz” poremyer liqada qarşıdakı mövsümün hazırlığına iyulun 5-də start verəcək. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” Bakıda məşqlərə başlayacaq. İlk məşq sabah saat 11:00-a təyin olunub. Komanda üzvləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir araya gələcək.
Paytaxtdakı hazırlıq müddətində “Kəpəz” iki yoxlama oyunu keçirəcək. İyulun 8-də keçiriləcək matçda Gəncə klubunun rəqibi həvəskarlar liqasının iştirakçısı “Bakı” olacaq. Bu oyun saat 17:00-da rəqib komandanın bazasında başlayacaq. İyulun 12-də isə “Kəpəz” elita təmsilçisi “Neftçi” ilə qarşılaşacaq.