- Baxış sayı: 30
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0
Premyer liqanın 21-ci turunda AzAL-la Gəncədəki oyundan sonra iki günlük istirahətə buraxılan “Kəpəz”in əsas komandası məşqləri martın 8-də bərpa edəcək. Allsport.az saytı xəbər verir ki, məşqçilər və futbolçular Bakıda bir araya gələcək.
“Sarı-göylər” həftə boyunca qarşıdakı turda görüşəcəyi “Zirə” ilə oyunun hazırlıqlarını paytaxtda keçirəcək. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edəcək. “Kəpəz”in sabaha təyin olunan məşqi saat 11:00-da başlayacaq.