- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Premyer liqasının 12-ci turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” sabahdan bu oyunun hazırlıqlarına start verəcək. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu həftəboyu Bakıda məşq edəcək.
“Sarı-göylər”in noyabrın 22-nə təyin edilən məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq. Hazırlıq saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ”a qarşı matçdan sonra dünən bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçən komanda bu gün istirahətə buraxılıb.