- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Yanvarın 5-ində premyer liqanın 21-ci turunda “Kəpəz” Qəbələdə “Araz-Naxçıvan”ı qəbul etdi. Allsport.az saytı xəbər verir ki, üstün oyun nümayiş etdirən Gəncə klubu 3:1 qalib gəldi.
İlk hissədə Ehtiram Şahverdiyev 2 qol vurdu. “Qırmızılar” Orxan Əliyevlə fərqi azaltdılar.
İkinci yarıda “sarı-göylər” oyunu əks-hücumda qurdu. Adam Nane 2 dəfə təkbətək fürsəti qaçırsa da, meydana sonradan girən Amil Yunanov dəqiq oldu.
Xatırladaq ki, Gəncə şəhər stadionunun da təmir işi ilə bağlı “Kəpəz” ev oyunlarını Qəbələdə keçirir.