- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Premyer liqanın 11-ci turunun “Kəpəz” – “Sumqayıt” oyununda qeydə alınan 0:0 hesablı heç-heçə hər 2 komanda üçün yubiley xarakteri daşıyıb. Allsport.az saytı xəbər verir ki, qonaqlar ölkə çempionatlarında 50-ci dəfə meydanı 1 xalla tərk edib.
Sumqayıtın eyniadlı təmsilçisi buna 179-cu matçında gerçəkləşdirib. “Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarında 50 və daha çox heç-heçəsi olan 12-ci komanda olub.
“Kəpəz” isə ev oyunlarında 40-cı dəfə 1 xal qazanıb. Qərblilər bunu doğma meydandakı 257-ci qarşılaşmada rəsmiləşdirib. Gəncəlilər öz meydanında ən çox heç-heçə edən komandalar arasında 13-cüdür.