“Kəpəz” Vinçesteri hədəfləyib
1 fevral 2018 / 10:47 Baxış sayı: 1157 Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə növbəti legionçu cəlb etməyə yaxındır. Allsport.az saytı xəbər verir ki, Gəncə təmsilçisi trinidad-tobaqolu hücumçu Şahdon Vinçesterlə anlaşıb.
Qol.az-a görə 26 yaşlı forvardla Bakıda müqavilə imzalanacaq. Forvardın son iş yeri Meksikanın “Mursielaqos” klubu olub.