- Baxış sayı: 186
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 186
- Dekabr 05, 2025
- 0

“Kəpəz” Topaz Premyer Liqasının 17-ci turunda dekabrın 17-də səfərdə qarşılaşacağı “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına start verib. Allsport.az xəbər verir ki, “Rəvan”a qarşı ev oyunundan sonra komandaya bir günlük istirahət verən məşqçilər korpusu ertəsi gün futbolçuları bir araya yığıb. “Sarı-göylər”in hazırlıq prosesi dəniz kənarında olub.
Gəncə klubunun bu gün və sabaha təyin olunan məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akedemiyasının stadionunda keçiriləcək. “Kəpəz” Lənkəran səfərinə ayın 16-da yollanacaq.