- Baxış sayı: 93
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Kəpəz” milli komandanın oyunu ilə bağlı çempionatda yaranan fasilədən istifadə edərək AzAL-la yoxlama görüşü keçirib. Allsport.az xəbər verir ki, matç bakılıların minimal hesablı qələbəsi ilə sona çatıb – 1:0.
Qeyd edək ki, “Kəpəz”in iki futbolçusu əsas millinin, bir üzvü U-21-in tərkibində, üç oyunçusu isə zədəli olduğundan komanda əsas heyətlə mübarizə apara bilməyib. Baş məşqçi Şahin Diniyev əsasən ehtiyatda oturan futbolçulara oynamaq imkanı yaradıb.
Xatırladaq ki, tərəflər noyabrın 7-də Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində üz-üzə gəlmiş və oyun 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi.