- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını 246 min 476 tamaşaçı izləyib. Allsport.az xəbər verir ki, 90 qarşılaşmada orta tamaşaçı sayı 2739-a bərabər olub.
Ümumi azarkeş sayının təxminən yarısı – 120 mini “Kəpəz”in ev oyunlarına təsadüf edib. Evdə 8 matç keçirən qərblilərin orta göstəricisi 15 minə bərabərdir. Ümumiyyətlə, mövsümün ən çox azarkeş toplayan 8 matçının hamısı “Kəpəz”in meydanında baş tutub. V turun “Qarabağ”la oyununu 20 min, VII turun “Sumqayıt” və IX turun “Xəzər Lənkəran”la görüşlərini 18 min tamaşaçı seyr edib. Azarkeş sayında “Xəzər Lənkəran” 2-ci, “Neftçi” 3-cüdür. Son üç pillədə isə paytaxt təmsilçiləri AzAL, “Rəvan” və “İnter” qərarlaşıb. Mövsümün antirekordu V turun AzAL – “İnter” oyununda qeydə alınıb – 100 tamaşaçı.
Klub | Ümumi azarkeş sayı | Oyunlar | Orta azarkeş sayı | |
1. | Kəpəz | 120000 | 8 | 15000 |
2. | Xəzər Lənkəran | 48200 | 9 | 5356 |
3. | Neftçi | 14500 | 9 | 1611 |
4. | Qarabağ | 13030 | 9 | 1448 |
5. | Qəbələ | 13650 | 10 | 1365 |
6. | Sumqayıt | 11610 | 9 | 1290 |
7. | Zirə | 9800 | 9 | 1089 |
8. | İnter | 7050 | 9 | 783 |
9. | Rəvan | 5530 | 9 | 614 |
10. | AZAL | 3106 | 9 | 345 |
Cəmi | 246476 | 90 | 2739 |