“Kəpəz”in əməliyyat olunan futbolçusundan hamıya salam var

“Kəpəz”in Braziliyada iki əməliyyat keçirən futbolçusu Dario Federikonun klinikadan evə buraxılması haqda xəbər vermişdik. Allsport.az xəbər verir ki, məcburi istirahətə çəkilən futbolçunun nə vaxt klubun düşərgəsinə qayıdacağı hələ ki, dəqiq məlum deyil. Amma gələn həftə müayinədən sonra Federikonun durumuna aydınlıq gələcək.

Bu arada Dario klub saytına qısa açıqlama verib: “İndi özümü yaxşı hiss edirəm, əməliyyatdan sonra yavaş-yavaş bərpa olunuram. Evə buraxılsam da, bərpa dövrünün əsas hissəsini klinikada keçirəcəyəm. Yaxında fizioterapiya kursları başlayacaq. Gündə iki dəfə klinikaya gedib-gələcəyəm. Demək istəyirəm ki, vəziyyətim normaldır. Hamıya salamım var. Komanda yoldaşlarıma uğurlar arzulayıram, onlardan qələbələr gözləyirəm. Azarkeşlərin isə “Kəpəz”i çılğın şəkildə dəstəkləməkdə davam etmələrini istəyirəm”.

Həmin kateqoriyadan