- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0
“Kəpəz”in əvəzedici komandası yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, “Sarı-göylər” son sınaq matçında səfərdə “Turan Tovuz”la qarşılaşıb.
Oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə “Kəpəz”in əvəzediciləri hesabı dəyişib. İsmayıl Aslanov I divizion təmsilçisinin qapısına yol tapıb. Amma gəncəlilər qələbə hesabını sonadək qoruya bilməyiblər. Rəqib hesabı bərabərləşdirib – 1:1.
Qeyd edək ki, bu oyun tərəflərin hazırlıq dönəmində ikinci qarşılaşması olub. Ötən ay Tovuzda reallaşan görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdilər.